AFFA Klublar Komitəsinin iclası başlayıb
Futbol
- 24 dekabr, 2015
- 07:27
Bakı. 24 dekabr. REPORT.AZ/ AFFA Klublar Komitəsinin 2015-ci ildə son iclası işə başlayıb. "Report"un məlumatına görə, "Boulevard Hotel"də keçirilən tədbirdə Premyer Liqa klublarının hamısı təmsil olunmur.
"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun sədrlik etdiyi toplantıya "Qarabağ"dan heç kim qatılmayıb. Əvəzində "İnter"in yeni prezidenti Rəşad Qasımov iclasa gələnlər arasındadır. Digər iştirakçılar sırasında Fariz Nəcəfov ("Qəbələ"), Vüqar Aslanov ("Zirə"), İlqar Axundov ("Rəvan"), Elnur Məmmədov ("Neftçi"), Kamran Quliyev ("Sumqayıt"), Fikrət Hüseynov (AZAL), Mehman Allahverdiyev ("Kəpəz") yer alıb.
Qeyd edək ki, gündəlikdəki əsas məsələ sədr seçkisi olacaq.
Son xəbərlər
00:31
Arxangelskdə baş verən qəzada ölənlərin sayı artıb - YENİLƏNİB
Region00:02
NYT: Alimlər süni intellektlə bağlı narahatlıqları "həddindən artıq şişirdilmiş" hesab edirlər
İKT23:48
CENTCOM İran limanlarının blokadası çərçivəsində 99 gəminin istiqamətini dəyişdirib
Digər ölkələr23:35
Bəqai: Hörmüz boğazı ilə bağlı İran-Oman danışıqlarının nəticələri açıqlanacaq
Region23:20
Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək
Region23:05
Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib
Daxili siyasət22:54
Video
Azərbaycanın milli mətbəx nümunələri Parisdə təqdim edilib
Mədəniyyət siyasəti22:43
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
Digər ölkələr22:10