CENTCOM İran limanlarının blokadası çərçivəsində 99 gəminin istiqamətini dəyişdirib

Digər ölkələr
  • 11 sentyabr, 2026
  • 23:48
CENTCOM İran limanlarının blokadası çərçivəsində 99 gəminin istiqamətini dəyişdirib

ABŞ Silahlı Qüvvələri İran limanlarının blokadası başlayandan bəri Hörmüz boğazından humanitar yardım daşıyan 50-dən çox gəmini buraxıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsindəki açıqlamasında bildirilir.

"Sentyabrın 11-nə olan məlumata görə, Amerika qüvvələri İran limanlarının blokadasının təmin edilməsi çərçivəsində 99 ticarət gəmisinin istiqamətini dəyişdirib", - paylaşımda qeyd olunur.