AFFA İntizam Komitəsi hakimi döyən futzalçıları bir il müddətinə diskvalifikasiya edib
- 20 may, 2019
- 09:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Futzal üzrə Yüksək Liqanın “Araz” – “Xəzər Cənub” matçı başa çatdıqdan sonra insident baş verib.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Xəzər Cənub" komandasının 3 futzalçıları hakimə fiziki təzyiq göstəriblər. Raşid Qalapur, Amid Şocayi və cəzalı olduğu üçün oyunu tribunadan izləməsinə baxmayaraq, matçın ardından meydana girən İsaq Surqalı 12 ay müddətinə cəzalandırılıb. Hər 3 oyunçu göstərilən müddətdə AFFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb.
Oyundan sonra hakimi təhqir edən “Xəzər Cənub”un daha bir futzalçısı Hamid Raşidi 3, 25-ci dəqiqədə rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə, 1 oyun cəzalanıb. 48-ci dəqiqədə isə Amid Şocayi hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı – qırmızı vərəqə aldığına üçün 1 oyun cəzalanır.
Qeyd edək ki, "Araz"ın əlavə vaxtda 4:1 hesabı ilə qalib gəldiyi görüşü Azər Əsgərov, Rahin Heybətov və Fuad Həsənovdan ibarət hakimlər briqadası idarə edib. Vaxtı ölçən hakim isə Rəmzi Hüseynov olub.