AFFA "İnter" klubuna futbolçusunun yanlış forma ilə meydana çıxması səbəbindən xəbərdarlıq edib
Futbol
- 24 noyabr, 2015
- 09:05
Bakı. 24 noyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi Bakının "İnter" klubuna xəbərdarlıq edib. "Report"un məlumatına görə, buna səbəb "bankirlər"in heyətində çıxış edən Nizami Hacıyevin AZAL-la Azərbaycan Premyer Liqası matçının protokolunda qeyd olunduğu kimi 8 deyil, 80 nömrəli forma ilə meydançaya çıxmasıdır.
Hacıyev 12-ci dəqiqədə hakimin göstərişi ilə formasını dəyişib. Bununla əlaqədər İntizam Komitəsi "İnter"dən hadisəyə cavabdeh şəxslərinin işinə daha məsuliyyətlə yanaşmasını tələb edib.
Bundan başqa 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün paytaxt klubu 1000 manat cərimələnib. Eyni məbləğdə cəriməni "Sumqayıt" "Qəbələ" ilə matçda, "Zirə" isə "Rəvan"la görüşdə 4 futbolçunun sarı vərəqə ilə cəzalanması səbəbindən ödəyəcək.
Son xəbərlər
09:39
Antonio Quterreş Suriyaya səfər edib
Digər ölkələr09:37
Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb
Energetika09:30
İspaniya millisi DÇ-2026-dakı çempionluğa görə 15 milyon dollar vergi ödəyəcək
Futbol09:28
Tramp zarafatla yenidən namizədliyini irəli sürməyi planlaşdırdığını bildirib
Digər ölkələr09:23
Tramp ermənipərəst konqresmen Adam Şiffi "yekəbaş" adlandırıb
Digər ölkələr09:20
Husilər Səudiyyə Ərəbistanının cənubundakı şəhərə hücum ediblər
Digər ölkələr09:03
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (25.07.2026)
Maliyyə09:00
Si Cinpin Qırğızıstana dövlət səfəri edəcək
Digər ölkələr08:53