AYNA: Yeni ekspres marşrutlarla gündəlik 80 mindən çox sərnişin daşınır

İnfrastruktur
  • 11 sentyabr, 2026
  • 17:18
AYNA: Yeni ekspres marşrutlarla gündəlik 80 mindən çox sərnişin daşınır

"Bakı Metropoliteni" QSC-dən xətlərinin ayrılmasından sonra təşkil edilən yeni 7 ekspres marşrutla gündəlik 80 000-dən çox sərnişin daşınır. Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, avtobus sayı artırılan digər 28 marşrutla isə gündəlik 120 000-dən çox əlavə sərnişin daşınır. Nəticədə isə əvvəlki dövrlə müqayisədə gündə 200 000-dən daha çox sərnişin daşınır.