AFFA Hakimlər Komitəsinin sədri Çempionlar Liqasının oyununa təyinat aldı

Futbol
  • 15 oktyabr, 2020
  • 07:28
AFFA Hakimlər Komitəsinin sədri Çempionlar Liqasının oyununa təyinat aldı
 Frits Ştuxlik

AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik beynəlxalq oyuna təyinat alıb.

"Report"un məlumatına görə, avstriyalı mütəxəssis UEFA Çempionlar Liqasında G qrupunun “Dinamo” (Kiyev, Ukrayna) – “Yuventus” (İtaliya) matçında hakim-inspektor olacaq.

Oyun oktyabrın 20-də keçiriləcək.