AFFA-da hakim-inspektorlar üçün seminar və imtahan keçirilib

Futbol
  • 15 iyul, 2016
  • 07:44
AFFA-da hakim-inspektorlar üçün seminar və imtahan keçirilib

Bakı. 15 iyul. REPORT.AZ/ AFFA-nın inzibati binasında Premyer Liqanın 2016/2017-ci il mövsümünə hazırlıq məqsədilə Hakim-İnspektorlar Komitəsinin seminarı keçirilib. "Report"un məlumatına görə, komitənin sədri Əli Hüseynovun rəhbərlik etdiyi seminara 32 nəfər hakim-inspektor qatılıb. 

Dərslərdən sonra iştirakçılar oyun qaydaları ilə bağlı imtahan verib.

AFFA baş katibinin müavini Sərxan Hacıyev seminarda iştirak edib.

44 - Tezliklə