ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmann istefaya göndərilib
Futbol
- 21 noyabr, 2016
- 20:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 noyabr. REPORT.AZ/ Alman mütəxəssis Yurgen Klinsmann futbol üzrə ABŞ milli komandasının baş məşqçisi və texniki direktoru vəzifələrindən istefaya göndərilib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
"Biz Klinsmann ilə ayrılmaq barədə çətin qərar qəbul etdik. Ona son beş ildə gərgin əmək və komandaya sədaqətinə görə təşəkkür etmək istəyirik", - deyə məlumatda bildirilir.
Alman mütəxəssis ABŞ millisinə 2011-ci ildə gətirilib.
Komanda dünya çempionatı – 2018-in təsnifat mərhələsinə uğursuz başlayıb. Yığma iki oyunda məğlub olaraq Şimali və Cənubi Amerika və Karib dənizi hövzəsi ölkələri zonasının turnir cədvəlində 6-cı pillədə qərarlaşır.
Son xəbərlər
11:57
ARDNF istiqraz yatırımlarının müddət üzrə bölgüsünü açıqlayıb
Maliyyə
11:55
Vüqar Bayramov: "POS terminalların sayı aktiv vergi ödəyicilərin sayından təxminən 5 dəfə azdır"
İKT
11:51
ARDNF investisiya portfelində istiqrazların payını azaldıb
Maliyyə
11:44
ARDNF-in investisiya portfelində dolların payı 71 %-ə çatıb
Maliyyə
11:40
Azərbaycanda oktyabr ayının pensiya ödənişləri yekunlaşıb
Sosial müdafiə
11:39
Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub
Sağlamlıq
11:39
Foto
Milli Süni İntellekt Mərkəzinin "AI Academy" proqramının ilk buraxılışı baş tutub
Elm və təhsil
11:38
ARDNF III rübdə də qızıl satmayıb
Maliyyə
11:37
İsa Həbibbəyli: Seysmoloji Xidmət Mərkəzinin proqnozları həmişə düz çıxıb
Daxili siyasət