1994-cü il dünya çempionatının bürünc mükafatçısı vəfat edib
Futbol
- 13 fevral, 2016
- 11:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 fevral. REPORT.AZ/ Futbol üzrə Bolqarıstan milli komandasının heyətində 1994-cü il dünya çempionatının bürünc mükafatını qazanmış Trifon İvanov dünyasını dəyişib. "Report"un məlumatına görə, sabiq müdafiəçi 51 yaşında ikən ürək tutmasından vəfat edib.
O, özünü pis hiss edərək, yerə yıxılıb. Təcili yardım özünü hadisə yerinə vaxtında çatdıra bilməyib.
Qeyd edək ki, əvvəllər də Trifon İvanovun səhhətində problemlər olub. Həkimlər ona arıqlamaq üçün pəhriz saxlamağı və siqareti atmağı məsləhət görüblər. Lakin veteran futbolçu məsləhətə əməl etməyib. İvanov Bolqarıstan tarixinin ən yaxşı müdafiəçilərindən sayılır.
Son xəbərlər
07:46
Holand Çempionlar Liqası matçı öncəsi PSJ-nin iki futbolçusunu fərqləndirib
Futbol07:42
Bosfor boğazında kimyəvi tankerinin nasazlığı səbəbindən gəmi hərəkəti dayandırılıb
Region07:11
AP: Tramp ABŞ-nin Yunanıstandakı səfirinin istefası ehtimalını nəzərdən keçirir
Digər ölkələr06:42
Müharibə və yüksək borclanma BVF və Dünya Bankının iclaslarında əsas müzakirə mövzuları olacaq
İqtisadiyyat06:15
Diabetə uğurlu nəzarətin gözlənilməz amili müəyyən edilib
Sağlamlıq05:48
Estoniyanın Narva şəhərində istilik tariflərinin kəskin artması narazılıq yaradıb
Digər ölkələr05:16
Şimali Koreya iki ballistik raket buraxıb
Digər ölkələr04:57
"Axios" Uitkoff və Kuşnerin Rusiyaya səfərinin təxirə salınmasının səbəbini açıqlayıb
Digər ölkələr04:16