"Formula 1": Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb

Formula 1
  • 08 sentyabr, 2026
  • 11:26
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin 10 illik tarixində marşal olmaq üçün 35 mindən çox müraciət daxil olub.

"Report" xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

2016-cı ildə Bakıda keçirilən ilk yarış zamanı marşalların böyük hissəsi Bəhreyndən cəlb edilmişdisə, artıq 2017-ci ildə onların mütləq əksəriyyətini yerli marşallar təşkil edib.

2017-ci ildə marşal olmaq üçün 2379 nəfər müraciət etmişdisə, 2026-cı ildə bu göstərici 4201-ə yüksəlib. Azərbaycan Qran-prisinin 10-cu - yubiley yarışında 40 marşal postunda 1100 marşalın iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.