Amulya Pallavi Kolla: "Formula 1" mənə bu yarışı tanımaq və təcrübə qazanmaq üçün əla fürsət oldu"

Formula 1
  • 25 sentyabr, 2026
  • 11:52
Amulya Pallavi Kolla: Formula 1 mənə bu yarışı tanımaq və təcrübə qazanmaq üçün əla fürsət oldu

Bakıda keçirilən "Formula 1" yarışı fərqli tərəfdən tanımaq və təcrübə qazanmaq üçün əla fürsətdir.

"Report"un məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətində könüllü olaraq fəaliyyət göstərən Amulya Pallavi Kolla deyib.

Hindistanlı gənc Bakıda olmaqdan məmnunluq hissi keçirdiyini bildirib:

"Bakı Şəhər Halqası Əməliyyat Şirkətində beynəlxalq könüllü kimi ilk dəfədir ki, fəaliyyət göstərirəm. Düzünü desəm, bu işə "Formula 1"in böyük azarkeşi olduğum üçün müraciət etdim. Yarışların pərdəarxasında nələrin baş verdiyini öz gözlərimlə görmək istəyirdim. Bundan əvvəl Hindistanda könüllü kimi müəyyən təcrübəm də olub. Bakıda keçirilən "Formula 1" mənə bu yarışı fərqli tərəfdən tanımaq və təcrübə qazanmaq üçün əla fürsət oldu".

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da yekunlaşacaq.

44 filmi