Yeniyetmələrin Yay Olimpiya Oyunları: Azərbaycan boksçusu Gülər Hüseynova gümüş medal qazanıb
- 12 noyabr, 2026
- 16:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Seneqalda 51 kq çəki dərəcəsində mübarizə aparan milli komanda üzvü finalda Qrenyellis Qarsiya (Venesuela) ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan G.Hüseynova Olimpiya Oyunlarının ikincisi olub. O, bununla da Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazanan ilk azərbaycanlı qız boksçu kimi tarixə düşüb.
Qeyd edək ki, Gülər Hüseynovadan əvvəl oğlan boksçulardan Rüfət Hüseynov (49 kq) Nankin-2014-də qızıl, Sinqapur-2010-da Salman Əlizadə (48 kq) ilə Elvin İsayev (57 kq) gümüş, Buenos-Ayres-2018-də isə Nurlan Səfərov (60 kq) bürünc mükafat əldə ediblər.