Seymur Quliyev: "Qəbələ Uçuş Heyətinin Hazırlığı Mərkəzində 17 pilot təlim keçib"

İnfrastruktur
  • 12 noyabr, 2026
  • 16:28
Seymur Quliyev: Qəbələ Uçuş Heyətinin Hazırlığı Mərkəzində 17 pilot təlim keçib

Qəbələ Uçuş Heyətinin Hazırlığı Mərkəzində 2024-cü ildən indiyədək 17 pilot təlim keçib.

"Report"un Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Mərkəzin rəis müavini Seymur Quliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırlıq mərkəzi 2024-cü ildə təlim təşkilatı statusunu əldə edib: "Gələcəkdə yerli pilotların hazırlanması potensialının gücləndiriləcək. Hazırda bizdə 5 ədəd "Cessna" hava gəmisi var. Bu ilin sonunda bir ədəd "Cessna" hava gəmisinin gətirilməsi planlaşdırılır. Bu da təlim imkanlarımızın genişləndirilməsinə gətirib çıxaracaq və yerli kadrların hazırlanmasına töhfəsini verəcək".

O qeyd edib ki, hazırda 41 nəfər Qəbələ Beynəlxalq Hava Limanında stajor pilotlar təlim keçir: "2024-cü ildən indiyədək təlim təşkilatı 17 pilot artıq AZAL sərnişin aviaşirkətinə təhvil verilib".

44 filmi