Yeniyetmə cüdoçularımız Polşada keçirilən Avropa Kubokunda 6 medal əldə edib

Fərdi
  • 21 may, 2023
  • 18:41
Yeniyetmə cüdoçularımız Polşada keçirilən Avropa Kubokunda 6 medal əldə edib

Azərbaycan cüdoçuları 20-21 mayda Polşanın Bielsko Biala şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində 1 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda 5-ci, qızlar arasında isə 2-ci yeri tutub.

Yarışın ilk günündə cüdoçular 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edib. Turnirin ikinci günündə isə oğlanların yarışında +90 kq. çəkidə Eldar Əliyev bürünc medal qazanıb. -90 kq. çəkidə Tuncay Şamil isə 7-ci yer yerdə qərarlaşıb.