Yeniyetmə cüdoçular arasında Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə region birincilikləri keçirilib
- 16 sentyabr, 2025
- 22:37

14 və 17 yaşadək yeniyetmə cüdoçular arasında Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə region birincilikləri keçirilib.
"Report" xəbər verir ki, turnirdə Ağcabədi, Ağdam, Bərdə, Tərtər, və Laçından 42 cüdoçu mübarizə aparıb.
Ağdam Olimpiya İdman Kompleksində baş tutan yarışda 9 çəki dərəcəsində qalib və mükafatçılar bəlli olub.
Qeyd edək ki, region birinciliklərinin keçirilməsində məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə çempionatında iştirak edəcək idmançıları müəyyənləşdirməkdir. Həmçinin, U-17 üzrə birinciliklər milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandırır.
Qalib və mükafatçıları təqdim edirik:
U-14 yaş kateqoriyası
38 kq
1. Röyal İsmayılov
2. Camal Şərifov
42 kq
1. Nihat Qasımlı
2. Ülvi Həsənli
46 kq
1. Coşqun Məmmədli
2. Ayxan Cavadzadə
50 kq
1. Fərid Səmədli
2. Nihad Məmmədov
3. Yusif Ağayev
55 kq
1. Kənan Ağazadə
2. Yusif Sarızadə
U-17 yaş kateqoriyası
50 kq
1. Elçin Məmmədov
2. Ramal Qənbərov
3. Qurban Abbasov
3. Çingiz Axundov
55 kq
1. Ömər Kərimli
2. Xətai Şirinov
60 kq
1. Səid Əliyev
2. Ülvi Abbaszadə
3. Elvin Məmmədli
66 kq
1. Rufan Balakişiyev
2. Şakir Məmmədov