UFC döyüşçüsü erməni qadın rəqibini nokautla məğlub etdi - VİDEO
Fərdi
- 09 fevral, 2020
- 06:12
ABŞ-ın Hyuston şəhərindəki "Toyota Center" stadionunda ən yüngül çəkidə UFC çempionu, qırğızıstanlı Valentina Şevçenko ilə çempion tituluna namizəd, erməni əsilli yerli Ketlin Çukaqyan arasında döyüş keçirilib.
"Report"un məlumatına görə, görüş üçüncü raundun ilk dəqiqəsində başa çatıb.
Şevçenko Çukaqyanı yerə yıxıb və sifətinə zərbələr endirib. Beləliklə, o, texniki nokautla qələbə qazanaraq, üçüncü dəfə kəmərini müdafiə edib.
Qeyd edək ki, əvvəllər Valentina Şevçenko kəmərini Cessika Ay və Liz Karmuşla döyüşlərdə də müdafiə edib. 2018-ci ildən UFC kəmərini qoruyan 32 yaşlı idmançı karyerası ərzində ümumilikdə 21 döyüşə çıxıb və 18 qələbə qazanıb. Ketlin Çukaqyan isə qarşılaşmalarından 13 qələbə və 3 məğlubiyyətlə ayrılıb.
UFC döyüşçüsü erməni qadın rəqibini nokautla məğlub etdi - VİDEO
Son xəbərlər
16:06
Video
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
Elm və təhsil16:02
Tramp ABŞ-də döyüş sursatı istehsalının artırıldığını bəyan edib
Digər ölkələr16:02
"Qaradağ-Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
Futbol15:58
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb
Hadisə15:57
"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
İnfrastruktur15:55
Naxçıvanda yeni ünvan verilmiş daşınmaz əmlak obyektlərinin sayı 31 %-dən çox artıb
İnfrastruktur15:52
Naxçıvanda dövlət əmlakının icarəsindən daxilolmalar 48 %-ə yaxın artıb
Maliyyə15:51
Azər Məmmədov Xankəndidə vətəndaşları qəbul edəcək
Energetika15:49