Naxçıvanda yeni ünvan verilmiş daşınmaz əmlak obyektlərinin sayı 31 %-dən çox artıb

İnfrastruktur
  • 22 sentyabr, 2026
  • 15:55
Naxçıvanda yeni ünvan verilmiş daşınmaz əmlak obyektlərinin sayı 31 %-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 873 daşınmaz əmlak obyektinə yeni ünvan verilib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 % çoxdur.

Hesabat dövründə yeni ünvan verilmiş obyektlərdən 582-si torpaq sahəsi, 102-si mənzil, 79-u fərdi yaşayış evi, 44-ü qeyri-yaşayış binası, 44-ü isə qeyri-yaşayış sahəsi olub.

Bundan başqa, 8 ayda 6 004 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb. Onlardan 2 173-si daşınmaz əmlakın texniki pasportu, 3 867-si isə torpaq sahəsinin planı və ölçüsüdür.