Naxçıvanda dövlət əmlakının icarəsindən daxilolmalar 48 %-ə yaxın artıb

Maliyyə
  • 22 sentyabr, 2026
  • 15:52
Naxçıvanda dövlət əmlakının icarəsindən daxilolmalar 48 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə ümumilikdə 643,5 min manat vəsait daxil olub.

"Report"un yerli bürosu xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,7 % çoxdur.

Bundan başqa, 7 ayda Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının icarəyə verilməsinə dair 133 yeni müqavilə bağlayıb. Bunlardan 87-si qeyri-yaşayış, 46-sı isə torpaq sahələrinə aid olub. Həmçinin 165 icarə müqaviləsinin müddəti uzadılıb.

44 - Tezliklə