Tokio-2020: Açılış və bağlanış mərasiminin rejisoru tədbirdən kənarlaşdırıldı
Fərdi
- 22 iyul, 2021
- 06:36
Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış və bağlanış mərasiminin rejissoru Kentaro Kobayasi Holokost faciəsi barədə zarafatına görə tədbirdən kənarlaşdırılıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, Kobayasi mərasimin epizodlarından birində kağızdan olan insan fiqurlarını havaya ataraq təklif irəli sürüb: “Holokostu oynasaydıq”.
Simon Vizentalya Mərkəzi rejissorun antisemit yanaşmasını mühakimə edib: “Faşizm soyqırımı qurbanlarını lağa qoymağa heç kimin haqqı çatmır”.
Kentaro Kobayasi olimpiadanın açılış və bağlanış mərasimində iştirak etməyəcək.
Qeyd edək ki, Tokio-2020-nin açılış mərasimi iyulun 23-də, bağlanış mərasimi isə avqustun 8-də gerçəkləşəcək.
Son xəbərlər
11:31
ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir
Maliyyə11:21
"Atletiko" dünya çempionu olmuş Kristian Romeronu heyətinə qatıb
Futbol11:20
Foto
Bakının əsas küçə və prospektləri yuyulub
Daxili siyasət11:09
Azərbaycan XİN Konqonu Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət11:01
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb
İnfrastruktur10:42
Video
Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var
Hadisə10:39
Ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 7 silah götürülüb
Daxili siyasət10:39
Niderland millisinin futbolçusu Kodi Qakpo "Tottenhem"ə keçməyə yaxındır
Futbol10:32
Foto
Video