Niderland millisinin futbolçusu Kodi Qakpo "Tottenhem"ə keçməyə yaxındır

Futbol
  • 15 avqust, 2026
  • 10:39
Niderland millisinin futbolçusu Kodi Qakpo Tottenhemə keçməyə yaxındır

İngiltərənin "Liverpul" klubunun futbolçusu Kodi Qakpo karyerasını "Tottenhem"də davam etdirməyə yaxındır.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, London təmsilçisi 27 yaşlı vingerlə müqavilənin şərtlərini razılaşdırıb.

Hazırda klublar arasında danışıqlar davam edir.

Xatırladaq ki, Kodi Qakpo 2023-cü ildən "Liverpul"da çıxış edir. Niderland millisinin üzvünün Mersisayd təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.