"Atletiko" dünya çempionu olmuş Kristian Romeronu heyətinə qatıb

Futbol
  • 15 avqust, 2026
  • 11:21
Atletiko dünya çempionu olmuş Kristian Romeronu heyətinə qatıb

İspaniyanın "Atletiko" klubu Argentina millisinin futbolçusu Kristian Romeronu heyətinə qatıb.

"Report" xəbər verir ki, bu barədə Madrid təmsilçisi məlumat yayıb.

28 yaşlı müdafiəçi İngiltərə təmsilçisi "Tottenhem"dən transfer edilib.

Xatırladaq ki, Kristian Romero 2022-ci ildən London komandasının formasını geyinib. O, 2022-ci ildə Argentina millisinin heyətində dünya çempionu olub.

44 - Tezliklə