Sudanlı dünya çempionu artilleriya hücumu nəticəsində həlak olub
Fərdi
- 14 aprel, 2025
- 09:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Sudanlı dünya çempionu Abubaker Kaki artilleriya hücumu nəticəsində həlak olub.
"Report" "Sudafax"a istinadən xəbər verir ki, 35 yaşlı atlet Əl Faşirdəki evinin artilleriyadan atəşə tutulması nəticəsində ölüb.
Evinə minaatan mərmi düşən idmançı dərhal ölüb, ailə üzvlərindən bir neçəsi isə yaralanıb.
Qeyd edək ki, sudanlı sprinter iki dəfə (2008, 2010) qapalı məkanda keçirilən dünya çempionatının qalibi olub. 2008-ci ildə isə 18 yaşında turnirin ən gənc qalibi adını qazanıb. O, 2011-ci ildə keçirilən mundialda 800 metr məsafəyə qaçış üzrə gümüş mükafat qazanıb. İdmançı 2008-ci ildə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində Sudan yığmasının bayraqdarı olub.
Son xəbərlər
19:00
Onlarla ölkə nüvə qəzası riski səbəbindən Rusiyanı Ukraynanın energetikasına zərbələri dayandırmağa çağırıb
Digər ölkələr
18:56
Tramp "60 Minutes" proqramını İranın zərbələrinə dair məlumatları təhrif etməkdə ittiham edib
Digər ölkələr
18:53
ABŞ lideri Kim Çen Inla görüş ehtimalını istisna etməyib
Digər ölkələr
18:51
Uşakov Putinin Si Cinpin və Trampla ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirəcəyini açıqlayıb
Region
18:36
Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb
Digər ölkələr
18:18
Foto
Azərbaycan İslamabadda İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsini təklif edib
Xarici siyasət
18:16
Andrey Sibiqa Azərbaycanı BTİ-nin rəhbər orqanlarına seçilməsi münasibətilə təbrik edib
Xarici siyasət
18:09
Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib
Xarici siyasət
17:59
Latviya Rusiya və Belarusdan taxıl tranzitinə qadağanı nəzərdən keçirir
İnfrastruktur