Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb

Digər ölkələr
  • 16 noyabr, 2026
  • 18:36
Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb

Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili "Threod Systems" müdafiə şirkətinin binasının yandırılması cəhdi ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

"Report" xəbər verir ki, bu barədə Estoniya XİN "X" sosial şəbəkəsində məlumat yayıb.