Şahmat üzrə İddiaçılar Turnirinin qalibi müəyyənləşib
Fərdi
- 29 mart, 2016
- 05:35
Bakı. 29 mart. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvada keçirilən şahmat üzrə İddiaçılar Turnirinin qalibi müəyyənləşib. "Report"un məlumatına görə, sonuncu turda rusiyalı Sergey Karyakin ağ fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuananı yenərək, 8,5 xalla birinci yeri tutub.
Bununla da Karyakin dünya çempionluğu uğrunda norveçli Maqnus Karlsenlə qarşılaşmaya vəsiqə qazanıb. Həmin görüşlər 10 - 30 noyabrda ABŞ-ın Nyu-York şəhərində olacaq.
Hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anand isə Karuana ilə birgə 7,5 xalla 2-3-cü yerləri bölüşdürüb. 8 şahmatçının dairəvi sistemlə 2 dövrəlik mübarizəsinə Azərbaycanın heç bir təmsilçisi qatılmayıb.
Qeyd edək ki, Sergey Karyakin 2015-ci ildə Bakıda keçirilmiş Dünya Kubokunda da qalib olub.
Son xəbərlər
16:17
Fransa və Suriya Bəşər Əsədin əmisindən müsadirə edilmiş vəsaitlərin Dəməşqə qaytarılması prosesinə başlayıb
Digər ölkələr16:14
"Sabah"ın futbolçusu Xəyal Əliyev mükafatlandırılıb
Futbol16:08
Narkoloji xəstəni məhdudiyyət nəzərdə tutulan işlərə götürənlər 3 min manatadək cərimələnəcək
Daxili siyasət16:04
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Daxili siyasət16:03
Foto
Azərbaycana gətirilən 30 ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin ediləcək
Daxili siyasət16:03
Foto
AMADA və Qış İdman Növləri Federasiyası dopinq əleyhinə onlayn təlim təşkil edib
Fərdi16:03
Azərbaycan "Metrik Konvensiya"sına qoşulub
Daxili siyasət16:01
Rusiyada 14 il əvvəl azərbaycanlının öldürülməsi ilə bağlı açılan cinayət işi üzrə istintaq tamamlanıb
Hadisə15:57