"Sabah"ın futbolçusu Xəyal Əliyev mükafatlandırılıb

Futbol
  • 07 iyul, 2026
  • 16:14
Sabahın futbolçusu Xəyal Əliyev mükafatlandırılıb

Misli Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Sabah"ın futbolçusu Xəyal Əliyev mükafatlandırılıb.

Bu barədə "Report"a Peşəkar Futbol Liqasından (PFL) bildirilib.

May ayının ən yaxşı qolunun müəllifinə mükafatı PFL-in inzibati binasında qurumun prezidenti Elxan Səmədov təqdim edib.