​Rusiyada daha bir idman növündə kütləvi dopinq qəbuletmə halı aşkarlanıb

Fərdi
  • 02 fevral, 2016
  • 16:05
​Rusiyada daha bir idman növündə kütləvi dopinq qəbuletmə halı aşkarlanıb

Bakı. 2 fevral. REPORT.AZ/ Rusiya üzgüçülərində 16 dopinq qəbuletmə halı aşkarlanıb. "Report"un verdiyi məlumata görə, bu barədə Ümumrusiya Üzgüçülük Federasiyasının Antidopinq proqramının rəhbəri Valeri Barçukov açıqlama verib.

O bildirib ki, ortaya çıxan problemlərin böyük əksəriyyəti informasiya qıtlığı ilə əlaqədardır.

Qeyd edək ki, daha öncə RUSADA, WADA və İngiltərə Antidopinq təşkilatı arasında müqavilə imzalanıb.

44 - Tezliklə