"Quba" heyətini yeni basketbolçu ilə gücləndirib

Fərdi
  • 26 fevral, 2025
  • 20:06
Quba heyətini yeni basketbolçu ilə gücləndirib

"Quba" basketbol kollektivi heyətini türkiyəli oyunçu ilə gücləndirib.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Yusuf Erdemlə cari mövsümün sonuna qədər anlaşıb. 22 yaşlı oyunçu artıq komandanın məşqlərinə qoşulub.

Türkiyənin Kocaeli şəhərində dünyaya gələn Yusuf Erdem "Quba"ya qədər "Derince Yenikent", "Darıca Gənclərbirliyi" klublarında oynayıb.