Zelenski: ABŞ Rusiya-Ukrayna münaqişəsi ilə bağlı illüziyalardan qurtulub
- 24 avqust, 2026
- 11:01
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Rusiya-Ukrayna münaqişəsinə münasibətini dəyişib.
"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Müstəqillik Günü münasibətilə ölkə vətəndaşlarına ünvanladığı təbrikində bildirib.
Onun sözlərinə görə, Vaşinqton illüziyalardan birdəfəlik qurtulub.
"Şadam ki, Rusiyanın həqiqətən bu müharibəyə son qoymaq istəyib-istəməməsi ilə bağlı ABŞ-nin bütün illüziyaları yoxa çıxıb. İnanıram ki, ABŞ-nin Rusiya ilə bağlı bütün ziddiyyətləri və fobiyaları yoxa çıxacaq", - o bildirib və sanksiyalar tətbiq etməklə Rusiya Federasiyasını danışıqlar masası arxasına oturmağa məcbur etməyin vacibliyini qeyd edib.
Ukrayna lideri həmçinin münaqişənin başa çatması üçün ölkəsinə dəstəyin davam etdirilməsinin vacibliyini bildirib.
O, həmçinin raket və dron istehsalını sürətləndirməyə və Rusiyanın logistika infrastrukturuna endirilən zərbələrin sayını artırmağa çağırıb.