Pxençxan-2018: Körlinq üzrə üçüncü yer uğrunda oyun keçirilib

Fərdi
  • 23 fevral, 2018
  • 09:47
Pxençxan-2018: Körlinq üzrə üçüncü yer uğrunda oyun keçirilib

Bakı. 23 fevral. REPORT.AZ/ İsveçrənin kişilərdən ibarət körlinq üzrə yığma komandası Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında bürünc medal qazanıb.

“Report”un məlumatına görə, isveçrəlilər üçüncü yer uğrunda oyunda Kanada yığmasını 7:5 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, fevralın 24-də keçiriləcək final oyununda İsveç və ABŞ kollektivləri üz-üzə gələcəklər.

44 - Tezliklə