"Norway Chess": Şəhriyar Məmmədyarov yenə armageddonda uduzub
Fərdi
- 06 iyun, 2023
- 16:56
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, 38 yaşlı qrossmeyster VII turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. VI turda armageddonda Nakamuranın həmyerlisi Uesli Soya uduzan Məmmədyarov yenə eyni aqibətlə üzləşib.
O, hazırda 9 xalla 3-cü pillədə qərarlaşıb. 13 xalı olan Nakamura isə 2-cidir.
Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.
Son xəbərlər
01:02
Fransada nazir dövlət maliyyəsinin vəziyyətini "barıt çəlləyi" ilə müqayisə edib
Digər ölkələr00:21
Foto
Video
Cəlilabadda transformator partlayıb, yanğın baş verib
Hadisə00:13
Məsud Pezeşkian: İranın region ölkələri ilə münasibətləri yaxşılaşır
Region23:57
ABŞ-da qırıcılar Trampın qolf klubu üzərində təyyarələri ələ keçirib
Digər ölkələr23:34
Almaniya dronlarla mübarizə üzrə xüsusi bölmənin sayını ikiqat artıracaq
Digər ölkələr23:17
Kanadada meşə yanğınları səbəbindən insanlar helikopterlərlə təxliyə edilir
Digər ölkələr22:47
Britaniyada 30 dərəcədən yuxarı temperatur günlərinin sayında rekord qeydə alınıb
Digər ölkələr22:25
İranda Milli Təhlükəsizlik Şurasına katib təyin edilib
Region22:09