Mixael Şumaxerin oğlu "Ferrari"yə keçib
Fərdi
- 22 dekabr, 2021
- 10:25
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandasının pilotu Mik Şumaxer "Ferrari"yə keçib.
"Report" xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin prezidenti Mattia Binotto yarışın rəsmi saytına açıqlamasında bildirib.
Onun sözlərinə görə, 22 yaşlı sürücü hələlik Antonio Covinatsi ilə birlikdə ehtiyat pilot olacaq: "Mik Şumaxeri komandamızda qarşılamağa şadam. Ümid edirəm ki, mövsüm ərzində əvəzedicilərə ehtiyacımız qalmayacaq. 2022-ci il bolidləri 2021-ci ildəkindən çox fərqli olacaq. M.Şumaxer buna öyrəşməlidir. Ona ehtiyacımız olsa, sükan arxasına keçməyə hazır olmalıdır".
Qeyd edək ki, Mik Şumaxer 7 qat dünya çempionu Mixael Şumaxerin oğludur. 2022-ci ildə Azərbaycan Qran-prisi 10 - 12 iyunda təşkil olunacaq.
Son xəbərlər
19:48
Səadət Yusifova: Azərbaycan dövləti kino sektoruna hər zaman xüsusi qayğı ilə yanaşıb
Mədəniyyət19:47
Seutaya çatmağa çalışarkən həlak olan qanunsuz miqrantların sayı 57-yə çatıb - YENİLƏNİB-3
Digər ölkələr19:42
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Hadisə19:41
Ukraynada poliqonda baş verən partlayış zamanı dörd hərbçi xəsarət alıb
Digər ölkələr19:33
Avstriya İspaniya üçün Şengen vizalarının verilməsini dayandıra bilər
Digər ölkələr19:30
Foto
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb
Xarici siyasət19:28
Foto
"Rəqəmsal mediada ədəbi dil standartları" mövzusunda təlimlər başa çatıb
Media19:27
Foto
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində hakimlər kollegiyası müşavirəyə gedib
Hadisə19:26