MDB Oyunları: Azərbaycan idmançılarının daha 5 medalı rəsmiləşib
Fərdi
- 04 sentyabr, 2021
- 11:55
Azərbaycan idmançıları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında daha 5 medal qazanıb.
"Report"un Kazana ezam olunmuş əməkdaşı xəbər verir ki, ötən gün yarımfinaldakı ilk görüşlərində məğlub olan Aysu İsmayılova (48 kq), İsgəndər Qızbəs (57 kq) və Emili Rzayevanın (63 kq) bürünc medal qazanması rəsmiləşib.
Bundan əlavə, bu gün yarımfinalda uduzan kişi boksçular Tağı Nəsibov (48 kq) və İbrahim Zeynalov (50 kq) da bürünc medala sahib çıxıb.
Qeyd edək ki, aktivində 3 qızıl, 1 gümüş və 7 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında ikinci pillədə qərarlaşıb. İlk sırada 5 qızıl, 2 gümüş və 6 bürünc medalla Rusiya yer alıb. İlk "üçlüy"ü isə 6 medalla (2 qızıl, 1 gümüş, 2 bürünc) Belarus tamamlayır.
Son xəbərlər
19:51
Qalibaf: ABŞ danışıqlardan əvvəl razılaşmanın iki bəndini yerinə yetirməyib
Digər ölkələr19:39
"Nottinqem Forest"in azarkeşi "Portu"ya qarşı oyundan sonra stadionda vəfat edib
Futbol19:36
Foto
BP Naxçıvanın bəzi məktəblərində yeni emalatxana və laboratoriyalar quracaq
Elm və təhsil19:27
KİV: ABŞ Pakistandakı danışıqlarda İrandan öz vətəndaşlarının azad olunmasını tələb edəcək
Digər ölkələr19:21
Litva meteoşarlarla bağlı insidentdən sonra Belarusa sərt xəbərdarlıq edib
Digər ölkələr19:12
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
Futbol19:08
Netanyahu İspaniyanı İsrailə qarşı diplomatik müharibədə ittiham edib
Digər ölkələr18:58
Füzuli Məmmədov: "Kəpəz"lə oyunda hesab daha böyük ola bilərdi"
Futbol18:57
Foto
Video