Kimi Raykkonen “Ferrari” ilə yollarını ayıracağını açıqlayıb
Fərdi
- 11 sentyabr, 2018
- 13:33
Bakı. 11 sentyabr. REPORT.AZ/ “Formula 1” piloti Kimi Raykkonen mövsümün sonunda İtaliyanın “Ferrari” komandası ilə yollarını ayıracaq.
“Report” xəbər verir ki, bu barədə finlandiyalı pilot rəsmi "Instagram" hesabı vasitəsilə açıqlamasında bildirib.
38 yaşlı Raykkonen növbəti 2 mövsümü debüt etdiyi “Sauber” komandasında keçirəcəyini açıqlayıb: “Görün, kim geri qayıdıb?! Növbəti 2 mövsümdə “Sauber” komandasında olacağam. Hər şeyin başladığı yerə geri dönmək mənim üçün çox xoşdur”.
Qeyd edək ki, Kimi Raykkonen 2007-ci ildən “Ferrari”də çıxış edir. O, cari mövsümdə geridə qalan 14 mərhələdən sonra 164 xalla 3-cü pillədə qərarlaşıb. Hesabında 256 xal olan “Mercedes”in pilotu Lüis Hemilton ilk, Sebastyan Fettel isə 226 xalla 2-ci yerdədir.
Son xəbərlər
09:49
Sumqayıtda din xadimləri üçün seminar-treninq keçiriləcək
Din09:46
Foto
Bakıda axşam konsertləri təşkil edilib
Daxili siyasət09:44
Bakıda ilk dəfə "Ironman 70.3" triatlon yarışı keçiriləcək
Fərdi09:39
Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub
Region09:36
Bəyaz Quluyeva: "İspaniya üzərində inamlı qələbə qazandıq"
Komanda09:31
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Daxili siyasət09:30
Çində 4,7 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr09:23
Foto
Qazaxda 3 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB-2
Hadisə09:12