Bəyaz Quluyeva: "İspaniya üzərində inamlı qələbə qazandıq"

Komanda
  • 24 avqust, 2026
  • 09:36
Bəyaz Quluyeva: İspaniya üzərində inamlı qələbə qazandıq

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda ötən gün İspaniya üzərində inamlı qələbə qazanıb.

"Report" xəbər verir ki, bunu millinin liberosu Bəyaz Quluyeva Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, qarşılaşmanın gərgin mübarizə şəraitində keçəcəyini öncədən gözlədiklərini vurğulayıb:

"Bu qələbəni qazanmaq çox xoş hissdir. Oyunun daha gərgin və çətin mübarizə şəraitində keçəcəyini gözləyirdik. İspaniya daha öncə Belçikaya kifayət qədər ciddi müqavimət göstərmişdi. Lakin biz də ilk oyundakı səhvlərimiz üzərində çalışdıq və bu gün daha yaxşı çıxış etdik, inamlı qələbə qazandıq".

Voleybolçu uğuru azarkeşlərə həsr etdiklərini diqqətə çatdırıb:

"Bu qələbəni bizi həm arenada canlı olaraq dəstəkləyən, həm də televiziya vasitəsilə izləyən bütün azarkeşlərimizə həsr edirik".

Qeyd edək ki, Milli Gimnastika Arenasında baş tutan görüşdə Azərbaycan millisi İspaniyanı 3:0 hesablı qələbə qazanıb.