III MDB Oyunları: 1/4 finala adlayan Azərbaycan badmintonçuları müəyyənləşib

Fərdi
  • 03 oktyabr, 2025
  • 15:11
III MDB Oyunları: 1/4 finala adlayan Azərbaycan badmintonçuları müəyyənləşib

III MDB Oyunları çərçivəsində keçirilən badminton yarışında 1/4 finala adlayan Azərbaycan təmsilçiləri müəyyənləşib.

"Report"un Qəbələyə ezam olunan əməkdaşının məlumatına görə, kişilərin fərdi yarışında Əmirxan İmanov tacikistanlı Oqil Qoşimidən üstün olub - 2:0.

Qadınlarda Viktoriya Kumanyayeva Tacikistandan olan həmkarı Mohira Karimovanı 2:0 hesabı ilə məğlub edib.

Qadınların qoşa yarışında da Azərbaycan Tacikistanı mübarizədən kənarlaşdırıb. Nəzrin Mehrəlizadə və Viktoriya Kumanyayevadan ibarət komanda Sumayyahon Hasanova və Mohira Karimova cütlüyünü məğlub edib - 2:0.

Qarışıq qoşa komandaların mübarizəsində Fərəc Kərimli- Aysel Kazımova dueti Qazaxıstandan olan Yerassil Ahmet və Amaliya Ormanovanı 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, badminton yarışına oktyabrın 5-də yekun vurulacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti