İddiaçılar Turniri: Teymur Rəcəbovun görüşlərinin təqvimi bəlli olub

Fərdi
  • 28 aprel, 2022
  • 19:19
İddiaçılar Turniri: Teymur Rəcəbovun görüşlərinin təqvimi bəlli olub

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun İddiaçılar Turnirindəki görüşlərinin təqvimi açıqlanıb.

"Report" Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı qrossmeyster ilk oyununu iyunun 1-də ağ fiqurlarla Fransa təmsilçisi Alireza Firuzcaya qarşı keçirəcək.

I tur

17 iyun

Teymur Rəcəbov - Alireza Firuzca (Fransa)

II tur

18 iyun

Hikaru Nakamura (ABŞ) - Teymur Rəcəbov

III tur

19 iyun

Teymur Rəcəbov - Yan Nepomnyaşi (FIDE)

IV tur

21 iyun

Yan-Kşiştof Duda (Polşa) - Teymur Rəcəbov

V tur

22 iyun

Teymur Rəcəbov - (Rəqib dəqiqləşməyib)

VI tur

23 iyun

Teymur Rəcəbov - Riçard Rapport (Macarıstan)

VII tur

25 iyun

Fabiano Karuana (ABŞ) - Teymur Rəcəbov

VIII tur

26 iyun

Alireza Firuzca (Fransa) - Teymur Rəcəbov

IX tur

27 iyun

Teymur Rəcəbov - Hikaru Nakamura (ABŞ)

X tur

29 iyun

Yan Nepomnyaşi (FIDE) - Teymur Rəcəbov

XI tur

30 iyun

Teymur Rəcəbov - Yan-Kşiştof Duda (Polşa)

XII tur

1 iyul

(Rəqib dəqiqləşməyib) - Teymur Rəcəbov

XIII tur

3 iyul

Teymur Rəcəbov - Fabiano Karuana (ABŞ)

XIV tur

4 iyul

Riçard Rapport (Macarıstan) - Teymur Rəcəbov

Qeyd edək ki, İddiaçılar Turniri iyunun 16-dan iyulun 7-dək İspaniyanın paytaxtı Madriddə təşkil olunacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.