"Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları"nın dövlət xidmətinə qarşı iddiası təmin edilib

Fərdi
  • 08 oktyabr, 2019
  • 10:18
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatlarının dövlət xidmətinə qarşı iddiası təmin edilib

"Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları" İctimai Birliyi (AHİTA) Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini məhkəməyə verib.

"Report"un xəbərinə görə, əmlak kompleksinin qeydə alınaraq reyestrdən çıxarışın verilməsi haqqında iddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb və təmin edilib.

Məhkəmənin qərarından cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim İlham Əhmədovun sədrliyi ilə baxılır.

Qeyd edək ki, 1993-cü ildə yaradılmış AHİTA-nın strukturuna 5 idman cəmiyyəti - “Məhsul”, “Spartak”, “Zenit”, “Gənclik”, “Qarabağ” və 4 idman klubu – “Atilla”, “Pəhləvan”, “Şahmat və Dama”, “Alpinizm və Turizm” daxildir.