"Formula 1": Fransalı pilot Bakıdakı yarışı buraxa bilər
Fərdi
- 02 aprel, 2023
- 11:06
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alpin" komandasının pilotu Pyer Qasli Azərbaycan Qran Prisini buraxa bilər.
"Report" xəbər verir ki, buna 27 yaşlı fransalı sürücünün Avstraliyadakı yarışda qəza törətməsi səbəb olub.
Qasli komanda yoldaşı Esteban Okonla toqquşub, nəticədə hər iki pilotun bolidi trasdan çıxaraq baryerə çırpılıb. Onlar yarışa davam edə bilməyiblər.
Pyer Qasli qəzada təqsirli bilinsə, iki cərimə xalı alacaq və Bakıdakı Qran Prini buraxacaq. Hazırda onun 10 cərimə xalı var.
"Alpin"in ehtiyat sürücüsü "Formula 2"də mübarizə aparan Cek Duendir.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28 - 30 apreldə təşkil olunacaq.
Son xəbərlər
00:18
Serbiya Prezidenti Haaqadakı prosesi ikiüzlülüyün təzahürü adlandırıb
Digər ölkələr00:07
Foto
Lənkəranda baş verən qəzada 2 sərnişin ölüb, 1 nəfər xəsarət alıb – YENİLƏNİB
Hadisə23:54
Pidlasa: 2027-ci ildə xərcləri qarşılamaq üçün Ukraynaya daha 32,6 milyard dollar lazımdır
Digər ölkələr23:44
FES üç il ərzində ilk dəfə uçot dərəcəsini 4%-ə qaldırıb
Maliyyə23:30
Azərbaycanın Polşadakı səfirliyi pasportların dəyişdirilməsi ilə bağlı qəbul keçirəcək
Xarici siyasət23:05
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb
Region22:57
"Qəbələ" Elvin Camalovu heyətinə qatdığını açıqlayıb
Futbol22:50
İmişlidə zəlzələ olub
Hadisə22:42