“Ferrari” yeni bolidini təqdim edəcək
Fərdi
- 14 dekabr, 2018
- 12:19
Bakı. 14 dekabr. REPORT.AZ/ “Formula 1” üzrə dünya çempionatının iştirakçısı İtaliyanın “Ferrari” komandası yeni bolidini təqdim edəcək.
“Report” xəbər verir ki, bu barədə komandanın rəhbəri Mauritsio Arrivabene “Motosport”a bildirib.
Onun sözlərinə görə, mator sınaqdan keçirilib və bolidin detalları istehsal ərəfəsindədir. Bolid 2019-cu il fevralın 15-də təqdim olunacaq.
2019-cu il mövsümünün test yürüşləri 18 – 21 fevral və 26 fevral – 1 mart tarixlərində İspaniyanın “Barselona” şəhərində keçiriləcək.
Qeyd edək ki, 21 mərhələdən ibarət “Formula 1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyada “Albert Park” trasında başlayacaq və martın 15-17-də olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran Prisi aprelin 26-28-də baş tutacaq.
Son xəbərlər
04:22
Çində güclü zəlzələ olub
Digər ölkələr03:45
ÜST: Konqoda Ebola virusuna yoluxanların sayı 5 min nəfəri keçib
Digər ölkələr03:16
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki nümayəndəsinə sanksiya tətbiq edib
Digər ölkələr02:58
BƏƏ İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
Digər ölkələr02:37
Barro: Fransa İranın iki diplomatını ölkədən çıxarır
Digər ölkələr02:03
CNN: Tramp İranla danışıqların dayandırılmasını əmr edib
Digər ölkələr01:36
"Apple" AK-nın şərhlərindən sonra "App Store"un qaydalarına dəyişiklik edir
İKT01:18
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
Digər ölkələr00:49