"Ferrari" pilotu Bakıda törətdiyi qəzadan danışdı
- 05 iyun, 2021
- 05:44
"Ferrari" pilotu Şarl Lekler "Formula 1" üzrə Azərbaycan Qran-prisində törətdiyi qəzadan danışıb.
"Report"un məlumatına görə, 24 yaşlı sürücü sərbəst yürüşlərdə tempin ümidverici olduğunu bildirib.
O, yarışın növbəti günündə rəqabətə davamlı olmaq üçün çalışacaqlarını söyləyib: "Boliddə özümü rahat hiss edirdim. Yəqin ki, əyləc baxımından hər şeyin çox rahat olduğunu düşündüm. Nəticədə 15-ci döngədə qəza baş verdi. Qran-prinin ikinci günündə hansı nəticənin qeydə alınacağını isə birlikdə görəcəyik".
Qeyd edək ki, Şarl Lekler iyunun 4-də ikinci sərbəst yürüşdə təhlükəsizlik maneəsinə çırpılıb. Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Bu gün "Formula-2"də sprint yarışları, həmçinin "Formula-1"də üçüncü sərbəst yürüş və sıralama turu olacaq.
The moment Leclerc found the Baku barrier
— Formula 1 (@F1) June 4, 2021
He managed to recover from the incident and finished FP2 in P4 #AzerbaijanGP #F1 pic.twitter.com/5XQZSKvTUV