Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib

Fərdi
  • 03 dekabr, 2022
  • 09:59
Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Avropa Gimnastikasının 29-cu Konqresində səs çoxluğu ilə yenidən həmin qurumun prezidenti seçilib.

Bu barədə “Report”a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Qeyd edək ki, Fərid Qayıbov 2018-ci ildən Avropa Gimnastikasının prezidenti vəzifəsini icra edir.

44 - Tezliklə