Dünya şahmat tacı uğrunda qarşılaşma heç-heçə başa çatıb

Fərdi
  • 18 noyabr, 2016
  • 01:00
Dünya şahmat tacı uğrunda qarşılaşma heç-heçə başa çatıb

Bakı. 18 noyabr. REPORT.AZ/Dünya şahmat tacı uğrunda mübarizədə Rusiya idmançısı Sergey Karyakinlə Norveç şahmatçısı Maqnus Karlsen 5-ci turda da heç-heçə oynayıblar.

"Report" TASS-aa istinadən xəbər verir ki, qarşılaşma Nyu-Yorkda keçirilir.

İnformasiyaya əsasən, 5-ci turdan  sonra hesab bərbaərdir - 2,5:2,5.

Noyabrın 18-də 6-cı turun qarşılaşması olacaq. Karyakin ağ fiqurlarla oynayacaq.

Qeyd edək ki, mübarizə 12 partiyadan ibarət olacaq.