Konqoda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 24-ə çatıb - YENİLƏNİB
- 10 sentyabr, 2026
- 22:55
Konqonun üsyançıların nəzarətində olan şərq hissəsindəki yanğın 24 məktəblinin həyatına son qoyub.
"Report" "Associated Press" (AP) və "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yerli administrasiyadan bildirilib.
Məlumata görə, yanğın əhalinin sıx məskunlaşdığı Bukavu məntəqəsindəki yaşayış evində başlayıb, daha sonra məktəblərə keçib.
M23 üsyançı qruplaşmasının nümayəndəsi Lourens Kanyuka AP-yə bildirib ki, ölənlər arasında 19 qız və 5 oğlan var, 29 nəfər isə xəstəxanaya yerləşdirilib.
"Reuters"in məlumatına görə, alov iki məktəbi və 300-ə yaxın evi məhv edib. Araşdırmalar davam edir.
Konqo Demokratik Respublikasının şərqindəki Bukavu şəhərində baş verən yanğında 20 məktəbli ölüb, bir neçə nəfər ağır xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının məlumatlarına istinadən "Radio Okapi" məlumat yayıb.
Digər şagirdlər tüstüdən zəhərlənərək tibb müəssisələrinə çatdırılıb. Yanğın bir neçə yaşayış evini də əhatə edib.
Yanğının səbəbi hələ ki müəyyən edilməyib.