Dünya çempionatı: Azərbaycanın qadın güləşçiləri medalsız qalıb
- 06 oktyabr, 2021
- 14:27
Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal qazanmaq şansını itirib.
"Report"un məlumatına görə, buna 59 kq-da mübarizə aparan idmançının 1/8 final mərhələsində uduzduğu belaruslu Kristina Sazıkinanın həlledici qarşılaşmaya vəsiqə qazana bilməməsi səbəb olub.
Beləliklə, Kolesnik təsəlliverici görüşlərə qatıla bilməyəcək.
14:15
Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bu gün Azərbaycanın son qadın güləşçisi mübarizəyə başlayıb.
"Report"un məlumatına görə, 59 kq çəki dərəcəsində yer alan Alyona Kolesnikin ilk görüşü 1/8 final mərhələsinə təsadüf edib.
O, belaruslu Kristina Sazıkinaya 4:8 hesabı ilə uduzub. Sazıkina finaladək irəliləyə bilməsə, Kolesnik bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılma şansını da itirəcək.
Qeyd edək ki, Azərbaycanın daha 2 təmsilçisi - Türkan Nəsirli (50 kq) və Elis Manolova (65 kq) elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medalla kifayətlənib.