FIBA Avropa Kuboku: "LANDAU Lions" ilk matçını bu gün keçirəcək

Komanda
  • 07 oktyabr, 2026
  • 09:34
FIBA Avropa Kuboku: LANDAU Lions ilk matçını bu gün keçirəcək

Azərbaycanın "LANDAU Lions" basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk matçını bu gün keçirəcək.

"Report"un məlumatına görə, Erhan Tokerin baş məşqçisi olduğu komanda G qrupunda İsveçrə təmsilçisi "Lions de Geneve"ni qəbul edəcək.

Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götüəcək.

Qeyd edək ki, "LANDAU Lions" qrupda "Prievidza" (Slovakiya), "Bakken Birs" (Danimarka), "Dənizli Basket" (Türkiyə) və "Benfika" (Portuqaliya) ilə də qarşılaşacaq. Azərbaycan təmsilçisi növbəti matçını oktyabrın 13-də Slovakiya komandasına qarşı keçirəcək.