Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib

Fərdi
  • 10 yanvar, 2019
  • 05:41
Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib

Bakı. 10 yanvar. REPORT.AZ/ "Sərhədçi" Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib. 

"Report" xəbər verir ki, yarışda 80 klubdan 612 cüdoçu medallar uğrunda mübarizə aparır. Birinciliyin ilk günü qızlar və oğlanlar arasında 3 çəki dərəcəsində qaliblər müəyyənləşib. Respublika birinçiliyinin mükafatçılarına medallar, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının fəxri fərmanları və diplomları təqdim olunub. 

Qeyd edək ki, yeniyetmə cüdoçuların ölkə birinciliyi yanvarın 11-i başa çatacaq.