Cüdo Federasiyası iki il ərzində 86 idman zalına 6214 tatami paylayıb

Fərdi
  • 16 iyul, 2024
  • 13:47
Cüdo Federasiyası iki il ərzində 86 idman zalına 6214 tatami paylayıb

Azərbaycan Cüdo Federasiyası 2022-ci ildən Bakı və rayonlarda 86 idman zalına 6214 tatami paylayıb.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Milli Mətbuat Günü ilə bağlı təşkil olunan tədbirdə məlumat verib.

O bildirib ki, bundan əlavə, 1224 yeniyetmə və gənc idmançının pulsuz məşq etməsinə şərait yaradılıb.