Şəhriyar Məmmədyarov bu gün növbəti görüşünü keçirəcək

Fərdi
  • 24 aprel, 2022
  • 06:56
Şəhriyar Məmmədyarov bu gün növbəti görüşünü keçirəcək
Şəhriyar Məmmədyarov

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının üçüncü mərhələsində növbəti görüşünü keçirəcək.

"Report"un məlumatına görə, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın üçüncü turunda kanadalı Erik Hansenlə üz-üzə gələcək.

Məmmədyarov ilk iki turda vietnamlı Le Kuanq Lyeyə qalib gəlib, Hindistan təmsilçisi Rameşbabu Praqnanandhaya isə uduzub.

"Oslo Esports Cup" da Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland) və Yan-Kşiştof Duda (Polşa) da iştirak edir.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.