Cəlilabadda şəhid Ümüd Qasımzadənin xatirəsinə həsr olunan ağırlıqqaldırma yarışı keçirilib
- 13 oktyabr, 2025
- 16:54

Cəlilabad rayonunda şəhid Ümüd Qasımzadənin xatirəsinə həsr olunan ağırlıqqaldırma yarışı keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad rayonunun Göytəpə şəhər Vasif Hüseynov adına 2 saylı tam orta məktəbin idman zalında keçirilən rayon turniri Lənkəran-Astara Regional Gənclər və İdman idarəsi və Ümüd Qasımzadə adına Ağır Atletika İdman Klubunun birgə təşkilatçılığı ilə baş tutub.
Yarışın nəticəsinə uyğun olaraq qaliblərə diplom və medallar təqdim olunub.
Tədbirdən sonra Ümüd Qasımzadənin məzarı ziyarət edilib.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi Ümüd Qasımzadə 2001-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, uşaq yaşlarından idmanın ağırlıqqaldırma növü ilə məşğul olub. Ü.Qasımzadə 2019 və 2020-ci illərdə gənclər arasında Azərbaycan çempionatlarında gümüş medal qazanıb.
Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 13-də Füzuli uğrunda döyüşlər zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn edilib.
Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təlfif olunub.