Braziliyada 7 yeniyetmə avarçəkən qəzada həyatını itirib
Fərdi
- 23 oktyabr, 2024
- 10:09
Braziliyada yol qəzası nəticəsində 7 yeniyetmə avarçəkən həyatını itirib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, qəza Pelotas şəhərində baş verib.
Polisin məlumatına görə, əyləci sıradan çıxan yük maşını avarçəkmə komandasını daşıyan furqonla toqquşub. Zərbənin gücündən furqon irəli atılıb və başqa bir avtomobilə dəyərək çevrilib. Daha sonra yük maşını çevrilən furqonun üstünə aşıb.
Faciə nəticəsində avtomobildə olan 10 sərnişindən doqquzu ölüb. Onlardan yeddisi yeniyetmə avarçəkən olub.
Yeganə sağ qalan 17 yaşlı bir idmançı olub. Yük maşınının sürücüsü isə yüngül xəsarətlər alıb.
Son xəbərlər
19:43
BMT Təhlükəsizlik Şurası Yəməndəki vəziyyətlə bağlı təcili iclas keçirəcək
Digər ölkələr19:36
Yəmən beynəlxalq qüvvələrin husilərlə mübarizəyə cəlb edilməsini mümkün hesab edir
Digər ölkələr19:32
Serbiya enerji təhlükəsizliyini gücləndirmək üçün yeni layihələr həyata keçirir
Digər ölkələr19:22
Türkiyəli nazir: Azərbaycanın COP29-a hazırlıqda əldə etdiyi təcrübə Türkiyə üçün çox qiymətlidir
Region19:07
Ukrayna və Azərbaycan minalardan təmizləmə sahəsində BMT ilə birgə əməkdaşlığı müzakirə edir
Xarici siyasət19:07
"Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasında "Mançester Yunayted"ə böyük hesabla uduzub
Futbol18:57
Yuri Qusev: "Azərbaycan biznesinin Ukraynanın bərpasında iştirakı perspektivlidir"
Biznes18:56
Video
Luiza Morsinq: İsveç Azərbaycanla ikitərəfli münasibətləri möhkəmləndirməyi hədəfləyir
Xarici siyasət18:42